Sumqayıtda əkiz qardaşlar ali təhsil müəssisələrinə qəbul imtahanından təqribən eyni balı toplayaraq yüksək nəticə göstəriblər.
“Den.az” xəbər verir ki, Tahir və Toğruz Qənizadə qardaşlarının imtahan nəticələri arasında 1 bal fərq olub. Belə ki, Tahir Qənizadə 657.1, Toğrul Qənizadə isə 656.1 bal toplayıb.
Əkiz qardaşlar Sumqayıt şəhər Təbiət elmləri təmayüllü gimnaziyanın fərqlənmə attestatlı məzunlarıdır.
Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov sosial şəbəkə hesabında qardaşlarla bağlı paylaşım edərək onların BANM-in Kompüter elmləri ixtisasını seçdiklərini bildirib.
Əkiz qardaşlar 1 bal fərqlə eyni nəticəni göstərdilər - Foto

Xəbər xoşunuza gəlib? Sosial şəbəkələrdə paylaşın
Digər xəbərlər
Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr Oxu.az Xəbər Saytında
“Global Media Group”a daxil olan Oxu.Az xəbər saytı 2013-cü ilin iyul ayından fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir.
Oxu.Az 24 saat ərzində, Azərbaycan və rus dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır.
Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün Oxu.Az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.