iyl
2023
11:39
374

Lahıcda təbii fəlakət baş verib, Obyektlər dağılıb, avtomobillər su altında qalıb, kəndin əsas giriş yolu dağılıb- FOTO/VİDEO

1 iyl, 2023
11:39
374

Lahıcda təbii fəlakət baş verib, Obyektlər dağılıb, avtomobillər su altında qalıb, kəndin əsas giriş yolu dağılıb- FOTO/VİDEO

İyunun 30-da günorta saatlarından başlayan intensiv yağıntılar nəticəsində İsmayıllı-Lahıc avtomobil yolunda ciddi fəsadlar törədib. 

“Den.az” -a bu barədə kənd sakinləri məlumat verib.

Onların sözlərinə görə, sel fəlakəti Lahıc yolunu tamamiylə sıradan çıxarıb. Kəndə giriş çıxış məhdudlaşıb. Daşqın nəticəsində Obyektlər dağılıb, avtomobillər su altında qalıb.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən faktı təsdiq ediblər. Bildirilib ki, sözügedən yolda yaranmış problemlə bağlı Agentliyin “Çağrı Mərkəzi”nə ((012) 599-79-75)) məlumat daxil olan kimi dərhal əraziyə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin “5 N-li Xüsusi Təyinatlı Yol İstismarı” MMC-nin xüsusi texnikaları və canlı qüvvəsi səfərbər olunub.

Aparılan təxirəsalınmaz tədbirlər davam etdirilir. Lahıcdan görüntüləri sizə təqdim edirik:

Den.az

 

Bizimlə əlaqə saxlayın

Çox oxunanlar