Nil Karaibrahimgilin ailəsi ilə birlikdə İsveçrəyə köçməyə hazırlaşdığı bildirilir.
Məlumata görə, məşhur müğənni həyat yoldaşı, reklamçı Serdar Erener və oğulları Aziz Arif ilə birlikdə İsveçrədə yeni həyata başlayacaq. Ailənin bu qərarında ölkənin yüksək səviyyəli təhsil sistemi və yaşayış şəraiti əsas rol oynayıb.
Bildirilir ki, ailə artıq İsveçrədə ev də alıb. Köçün əsas məqsədi isə 10 yaşlı Aziz Arifin təhsilini daha keyfiyyətli şəraitdə davam etdirməsidir.
İsveçrənin çoxdilli təhsil mühiti, şagirdyönümlü yanaşması və güclü məktəb sistemi ailənin seçimində həlledici amillərdən olub.

Bununla belə, Nil Karaibrahimgil musiqi karyerasını Türkiyədə davam etdirəcək. O, konsertlər, albom çalışmaları və media layihələri üçün mütəmadi olaraq İstanbula gedib-gələcək.
Beləliklə, sənətçi bir tərəfdən ailəsinin İsveçrədəki yeni həyatına uyğunlaşacaq, digər tərəfdən isə Türkiyədəki yaradıcılıq fəaliyyətini davam etdirəcək.

