Hindistan sakini Prema Küveytdə 10 ay davam edən ağır əmək şəraitindən sonra ölkəsinə qayıda bilib. Bu barədə “Deccan Chronicle” məlumat yayıb. 35 yaşlı, iki qız anası olan qadın vasitəçilərin köməyi ilə işləmək üçün Küveytə getsə də, sonradan ağır istismara məruz qaldığını bildirib.
Premanın sözlərinə görə, o, 10 ay ərzində üç fərqli evdə gündə 20 saata qədər işləməyə məcbur edilib. İşləməkdən imtina etdiyi hallarda isə ona yemək və su verilməyib.
Qadın Hindistana qayıtmaq istədiyini bildirdikdən sonra son iki ayı qapalı otaqda keçirib. Onunla birlikdə oxşar vəziyyətdə olan daha dörd qadının da saxlanıldığı qeyd olunur.
Prema vəziyyəti ilə bağlı sosial şəbəkədə video müraciət yayımladıqdan sonra yerli yardım təşkilatının nümayəndələri onunla əlaqə saxlayıblar. Tamil Nadu Domestic Workers Trust təşkilatının dəstəyi ilə qadın Küveytdən çıxarılaraq Hindistana qaytarılıb. Onunla yanaşı, daha iki qadının da azad edildiyi bildirilir.

