İzmirdə sünnət mərasimində yaşanan hadisə qısa müddətə panikaya səbəb olub. Sünnət edilən uşaq mərasim yerinə at belində daxil olduğu anda eyni vaxtda fişənglər partladılıb, konfetilər atılıb və yüksək səsli musiqi səsləndirilib.
Qəfil səs-küydən ürkən at nəzarətdən çıxıb və üzərindəki uşağı yerə atıb.
Hadisə zamanı yaranan qarışıqlıq səbəbindən ailə baş verənləri dərhal fərq etməyib və irəliləməyə davam edib.

