Xəbər verdiyimiz kimi, Zərdabda dəhşətli yol qəzası baş verib.Hadisə sentyabr ayının 9-da gecə saatlarında Ağcabədi-Zərdab yolunu Zərdabın Yarməmmədbağı kəndi ərazisindən keçən hissəsində qeydə alnıb.Belə ki,KİA markalı avtomobil həmin yolda hərəkətdə olarkən qarşısında hərəkət edən qoşqulu traktora çırpılıb.Bu zaman avtomobildə yanğın başlayıb və yanğnın əhatəsi qısa zamanda genişlənib.Bundan sonra avtomobildə olan 7 nəfərdən 5 nəfəri ikisi kişi 3 qadın olmaqla 5 nəfər yanaraq dünyasını dəyişib.Hadisə yerinə hüquq mühafizə orqanı ə\məkdaşları cəlb olunub və hadisənin səbəbləri araşdırlır.
Qəza ilə bağlı TƏBİB-dən sorğumuza cavab olaraq bildirilib ki, 08.09.2026-cı il tarixində saat 23:20 radələrində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Zərdab rayonu ərazisindən yol-nəqliyyat hadisəsi səbəbilə çağırış qeydə alınıb.Çağırış ünvanına təcili tibbi yardım briqadası cəlb olunub.Biri azyaşlı olmaqla, 3 nəfər (1 qadın, 2 kişi) Zərdab Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub. Müxtəlif bədən xəsarətləri diaqnozu təyin olunan şəxslərə zəruri tibbi xidmətlər göstərilib.Vəziyyəti ağır qiymətləndirilən 1997-ci il (qadın) və vəziyyəti stabil qiymətləndirilən 1988-ci il təvəllüdlü (kişi) pasiyentlərin müalicəsi Təcili tibbi yardım şöbəsində davam etdirilir. Vəziyyəti ağır qiymətləndirilən 2020-ci il təvəllüdlü pasiyent isə (kişi cinsli) Bakı şəhərində fəaliyyət göstərən özəl tibb müəssisəsinə təxliyə olunub.Qeyd edək ki, təcili tibbi yardım briqadası tərəfindən 5 nəfərin (2 kişi, 3 qadın) həkiməqədər ölüm faktı qeydə alınıb.
Hazırda faktla bağlı cinayət işi açılıb və araşdırmalar davam etdirilir.

