2026–2027-ci tədris ili ərəfəsində Azərbaycanın ümumi təhsil müəssisələrində təmir-tikinti işləri davam etdirilir.
Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin mətbuat xidmətindən AZƏRTAC-ın sorğusuna cavab olaraq bildirilib ki, hazırda 862 məktəbdə təmir-tikinti işləri aparılır.
Onlardan 450-də işlər artıq başa çatdırılıb. Qalan 412 təhsil müəssisəsində təmir işlərinin yeni tədris ili başlayanadək yekunlaşdırılması nəzərdə tutulur.
Bundan əlavə, yeni tədris ilinin başlanmasına qədər 15 məktəbin tikintisinin tamamlanaraq istifadəyə verilməsi planlaşdırılır.

