İmişli Rayon Su Meliorasiya Sistemləri İstismarı İdarəsinin rəisinin xidməti avtomobili ilə yol qəzası baş verib.
Bu barədə Denmedia.az-a hadisə şahidləri məlumat verib.
İddialara görə, idarə rəisi Samir Məmmədovun istifadəsində olan “Hyundai IX35” markalı xidməti avtomobil kənd ərazisində yüksək sürətlə hərəkət edərək Bakı–Bəhramtəpə avtomobil yoluna çıxıb. Bu zaman avtomobil öz yolu ilə hərəkətdə olan yük maşını ilə toqquşub.
Qəza nəticəsində idarə rəisinin yaralandığı bildirilir.
Ellada Rəsul
Denmedia.az

