Xəbər verdiyimiz kimi, Zərdabda dəhşətli yol qəzası olub, 5 nəfər ölüb, 1 nəfər isə xəsarət alıb.
Denmedia.az yerli bürosunun məlumatına görə, hadisə Zərdab- Ağcabədi avtomobil yolunda baş verib.
Belə ki, " Kia Sorento" markalı minik avtomobili kənd təsərrüfatında istifadə olinan lazer mala qoşulmuş traktorla toqquşub.
Toqquşmadan sonra minik avtomobili alışaraq yanıb. Qəza zamanı minik avtomobilinin sürücüsü, 1989- cu il təvəllüdlü Elyar Qalib oğlu Məhəmmədov, sərnişinləri -1954- cü il təvəllüdlü Qalib Soltan oğlu Məhəmmədov, 1981- ci il təvəllüdlü Susanna Namizəd qızı Məhəmmədova, 1956- cı il təvəllüdlü Səkinə Sədulla qızı Məhəmmədova və 1979- cu il təvəllüdlü Mehriban Zabit qızı Kərimova hadisə yerində yanaraq ölüblər. 1997- ci il təvəllüdlü Reyhan Nəsib qızı Məhəmmədova isə xəsarət alıb. Hadisə yerinə FHN- nin əməkdaşları cəlb olunub. Yanğın söndürülüb və meyitlər çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.

