iyn
2023
14:54
244

Tanınmış QHT rəhbəri Azay Quliyevə müraciət etdi: "Bu məsələnin araşdırılmasında mənə köməklik edin"

1 iyn, 2023
14:54
244

Tanınmış QHT rəhbəri Azay Quliyevə müraciət etdi: "Bu məsələnin araşdırılmasında mənə köməklik edin"

Regional Sosial Təşəbbüslərə Dəstək İctimai Birliyinin sədri Emil Maqalov Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının sədri Azay Quliyevə məktub ünvanlayıb.

Məktubun bir nüsxəsi də Den.az saytının redaksiyasına göndərilib.

Həmin məktubu olduğu kimi təqdim edirik:

Hörmətli Azay müəllim! Mən artıq 5 ci gündür ki, QHT agentliyinə təqdim etdiyim Antinarkotik layihəmə yox cavabı aldığım üçün araşdırmalar aparmağa çalışıram. Əvvəla Sizi anlayıram. QHT lər çoxdur və anlayıram ki, kimin problemi oldu sizi narahat etməli deyil. Düşünürəm ki, orada qərar verən ayrı qeyri-qanuni qüvvə var. Cavablar ayın 26-sı çıxdı. Mən isə öncə ayın 13-cü QHT agentliyində qalmaqal yarandığını eşitdim və elə ayın 13-ü öz FB səhifəmdə, "QHT Agentliyi QHT-lərin evidir və biz evimizi qoruyacağıq" adlı xəbərdarlıq paylaşdım. Əlbəttə mən təxmin etdim ki, bu xəbərdarlığım bəzi günahkarların xoşuna gəlməyə və onlar da mənlə şəxsi qərəzliyə görə layihəmə yox deyə bilər. Layihədə isə özümü sadəcə təlimçi kimi qeyd etmişdim. Mənim zənnimcə səbəb bu ola bilər. Çünki ümumiyyətlə başqa bir səbəb tapa bilmirik.

Suallarım çoxdur.

1. Savadsızam? Xeyr. Fərqlənmə ilə bitirmişəm.

2. Müxalifətçiyəm? Xeyir. 2002 dən yapçıyam və YAP gənclər birliyi"nin sədri də olmuşam. Sosial şəbəkələr olmayan vaxtlar da 20 dən çox ayrı-ayrı qəzet və jurnallarda dövlətimi və prezidentimi dəstəkləyirəm.
Hazırda da YAPın fəalıyam.

3. Qrantyeyənəm? Yox, QHT m yenidir.

4. Narkotik və narkomaniya haqda məlumatım azdır? Xeyr. 16 ildir bu sahədəyəm.

5.Narkomanam? Xeyr. Əlhəmdulillah müsəlmanam və idman ustasıyam.

6. Məndən başqa QHT lər arasında Narkoekspert-araşdırmaçı var? Xeyr. Yeganə mənəm.
Tv və saytlarda da dövlət qurumlarında da 100 lə çıxışlarım var.

7. Layihəm səhvdir? Bəlkə də. QHT m yenidir. Səhv ola bilər. Amma agentliyin təxminən 50% i məni bu sahənin yeganə professionalı kimi tanıyır və əgər onlar istəsəydi mənə, Gəl yazdığın bu səhvləri düzəlt, bu bəla ilə mübarizədə biz də sənə Dəstək olaq, deyə bilərdi.

Bəs onda niyə mənə QHT Agentliyi dinməz söyləməz yox dedi? Niyə apelyasiyaya müraciət etmirəm?

Məni layihə cavabları çıxmamış da Agentlikdəki "daxili çaxnaşma" narahat edirdi. İndi də narahat edən elə odur. İstərdim bilim ki, QHT lərin evi, ümid və dəstək yeri sayılan agentlikdə nə baş verir. Mənə onların verəcəyi təlim pulu maraqlı olsaydı mən 13-ü bəzilərinin xətrinə dəyəcək söz yazmazdım və bir daha qeyd edirəm ki, mən öz layihəmdə özümü layihə rəhbəri yox, təlimçi kimi qeyd etmişdim ki, illərlə apardığım təmənnasız Antinarkotik mübarizəmdə az da olsa, dəstəyim olsun. Bu qədər söz-söhbətdən sonra əlbəttə ki, agentliyin layihələrə cavabdeh şəxsləri mənə səhv etdiklərini etiraf etməz və mütləq layihəmdə nöqtə və vergül kimi səhvlər tapmağa çalışacaq. İndi mən sizin köməyinizlə agentlikdən bəzilərinə bir daha anlatmaq istəyirəm ki, agentlik QHT lərə dövlət dəstəyi agentliyidir, şəxsi MMC deyil ki, onlar kimləsə şəxsi qərəzlik edələr. Yoxsa məsələ bu da deyil? Onda nədir?
Xahiş edirəm bu məsələnin araşdırılmasında mənə köməklik edin.

Regional Sosial Təşəbbüslərə Dəstək İctimai Birliyinin sədri Emil Maqalov

Bizimlə əlaqə saxlayın

Çox oxunanlar