Polşada yaradılması planlaşdırılan daimi ABŞ hərbi bazasına Amerika Prezidenti Donald Trampın şərəfinə “Fort Tramp” adı verilə bilər.
Bu barədə Polşa Prezidenti Karol Navrotski “Bloomberg” agentliyinə müsahibəsində bildirib.
Polşa liderinin sözlərinə görə, o, hərbi bazanın tikintisinin Trampın prezidentlik müddəti başa çatanadək, yəni 2029-cu ilə qədər tamamlanacağına ümid edir.
Navrotski ABŞ Prezidentinin bazanın açılış mərasimində şəxsən iştirak edə biləcəyinə ümidvar olduğunu da bildirib.
Polşa Prezidenti ölkəsində daimi Amerika hərbi bazasının yaradılmasını zaman məsələsi hesab etdiyini vurğulayıb.
O, həmçinin ABŞ-ın Almaniyadakı hərbi mövcudluğunu azaltması halında həmin ölkədə yerləşən amerikalı hərbçilərin bir hissəsini Polşada qəbul etməyə hazır olduqlarını bəyan edib.

