Dünya əmtəə bazarlarında qızıl və gümüşün qiymətində artım qeydə alınıb.
Birja məlumatlarına görə, Nyu-Yorkun COMEX əmtəə birjasında 2026-cı ilin dekabr ayı üzrə qızıl fyuçerslərinin qiyməti 0,14 faiz artaraq bir troya unsiyası (31,1 qram) üçün 4 382,4 dollara yüksəlib.
Eyni birjada gümüşün dekabr fyuçerslərinin qiyməti isə 0,95 faiz artaraq bir unsiya üçün 67,16 dollar təşkil edib.
Beləliklə, beynəlxalq əmtəə bazarlarında hər iki qiymətli metalın fyuçers müqavilələri üzrə bahalaşma müşahidə olunub.

