ABŞ Prezidenti Donald Tramp Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanı dostu adlandıraraq onun sərt xarakterə malik olduğunu bildirib.
Tramp bu barədə Nyu-Yorkda keçirilən görüş zamanı danışıb. O, Türkiyə lideri ilə münasibətlərinin yaxşı olduğunu vurğulayaraq Ərdoğan haqqında diqqətçəkən ifadələr işlədib.
“Türkiyədən olan dostum çox sərt adamdır. Onunla zarafat etmək olmaz. O, qətiyyətlidir. Möhtəşəm insandır”, – deyə ABŞ Prezidenti bildirib.
Tramp həmçinin Ərdoğanla yaxşı münasibətlərinin olduğunu qeyd edib.

