İrandan Azərbaycana qayıtmaq üçün aviabilet alan, lakin uçuşların ləğvi səbəbindən ölkəyə dönə bilməyən vətəndaşların quru sərhəd-keçid məntəqələri vasitəsilə təxliyəsinə köməklik göstəriləcək.
Bu barədə Azərbaycanın İrandakı səfirliyinin “X” sosial şəbəkəsində yayımladığı məlumatda bildirilib.
Qeyd olunub ki, İran aviaşirkətlərinin uçuşlarının dayandırılması səbəbindən Azərbaycana qayıda bilməyən vətəndaşların mövcud quru sərhəd-keçid məntəqələri vasitəsilə ölkəyə dönüşü təşkil ediləcək.
Vətəndaşlara bu məqsədlə Azərbaycanın İrandakı səfirliyinə və ya Təbrizdəki Baş Konsulluğuna müraciət etmələri tövsiyə olunub.
İran aviaşirkətlərinə məxsus ləğv edilmiş reyslərin biletlərinin geri qaytarılması ilə bağlı isə müvafiq aviadaşıyıcıların satış məntəqələrinə müraciət etmək lazımdır.
Vətəndaşların əlavə məlumat və dəstək ala bilmələri üçün qaynar xətt nömrələri də açıqlanıb.
Azərbaycanın İrandakı səfirliyi:
+989018845531
+989055230107
+982122596303
Azərbaycanın Təbrizdəki Baş Konsulluğu:
+989144721410
+984133334802
Xatırladaq ki, ABŞ-nin İrana qarşı tətbiq etdiyi yeni sanksiyalarla əlaqədar sentyabrın 22-dən İran aviaşirkətlərinin Azərbaycana uçuşları müvəqqəti dayandırılıb.

