Naxçıvan Muxtar Respublikasının Culfa rayonunda qoşqulu yük avtomobilində yanğın baş verib.
Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, hadisə ilə bağlı qurumun “112” qaynar telefon xəttinə məlumat daxil olub.
Dərhal hadisə yerinə Culfa Rayon Yanğından Mühafizə Hissəsinin əməkdaşları cəlb ediliblər.
Yanğınsöndürənlərin operativ müdaxiləsi nəticəsində “Scania” markalı yük avtomobilində baş verən yanğın qısa müddətdə söndürülüb.
Hadisə nəticəsində yük avtomobilinin kabinəsi və qoşqularından biri yanıb. Digər qoşqu isə yanğından mühafizə olunub.

