Sentyabrın 24-də Azərbaycanda gözlənilən hava şəraiti açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Gecə və səhər bəzi yerlərdə zəif duman müşahidə olunacaq. Cənub-şərq küləyi axşam mülayim şimal-qərb küləyi ilə əvəz olunacaq.
Havanın temperaturu gecə 20-23, gündüz 27-32 dərəcə isti olacaq.
Atmosfer təzyiqi 759 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 70-80, gündüz 60-65 faiz olacaq.
Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin axşam saatlarında Quba-Qusar bölgəsinin bəzi ərazilərində yağış yağacağı, ayrı-ayrı yerlərdə leysan olacağı, şimşək çaxacağı və dolu düşəcəyi ehtimal edilir.
Gecə və səhər dağlıq ərazilərdə duman müşahidə olunacaq. Mülayim şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 18-22, gündüz 30-35 dərəcə isti, dağlarda isə gecə 12-17, gündüz 21-26 dərəcə isti olacaq.

