Bərdə rayonunda qanunsuz odlu silah və döyüş sursatı əldə etmək, saxlamaq və satmaqda şübhəli bilinən şəxs saxlanılıb.
Daxili İşlər Nazirliyinin (DİN) regional mətbuat xidmətindən verilən məlumata görə, Bərdə Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlər nəticəsində rayon sakini Y. Fətullazadənin qanunsuz əldə etdiyi odlu silah və döyüş sursatını satmaq niyyətində olduğu müəyyən edilib.
Polis əməkdaşları tərəfindən həmin şəxsdən 1 ədəd Kalaşnikov avtomatı, 1 daraq və 29 patron aşkar edilərək götürülüb.
Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb.
Cinayət işi üzrə istintaq tədbirləri davam etdirilir.

