Azərbaycanda Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) tərəfindən 13 qeyri-yaşayış sahəsi hərraca çıxarılacaq.
Bu barədə Dövlət Agentliyi məlumat yayıb.
Bildirilib ki, hərraca çıxarılacaq obyektlər 1-ci və 2-ci Yasamal Yaşayış komplekslərində, eləcə də 2-ci Hövsan Yaşayış Kompleksində yerləşir.
Satışa çıxarılan əmlaklar arasında onlara bitişik zirzəmi sahələri də var. Daşınmaz əmlaklar Dövlət Agentliyinin tabeliyində fəaliyyət göstərən MİDA-nın balansındadır.
Hərrac İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Hərracların Təşkili Mərkəzi tərəfindən keçiriləcək.

