Türkiyənin tanınmış aktrisası Tuba Ünsal şəxsi həyatında mühüm dəyişiklik edib.
Sənətçi övladlarının təhsili ilə əlaqədar İstanbuldan ayrılaraq Parisə köçüb. Aktrisanın təxminən iki ildir davam edən münasibətini də sonlandırdığı bildirilir.
Türkiyə mətbuatının məlumatına görə, “Günaydın” qəzetinin yazarı Bülent Cankurt aktrisanın həyatında baş verən yeniliklərlə bağlı məlumat yayıb.
Bildirilib ki, Tuba Ünsalın Murat Pilevneli ilə münasibətindən dünyaya gələn qızı Sare Parisdəki “Lycée Molière” məktəbinə qəbul olunub.
Qızının təhsilini Fransada davam etdirməsi ilə əlaqədar aktrisa Mirgün Cabasla münasibətindən olan oğlu Civan Merti də özü ilə apararaq Parisə köçüb.
Tuba Ünsalın övladları ilə birlikdə Fransanın paytaxtında yeni həyata başladığı qeyd olunur.

İki illik münasibətinə son qoydu
Aktrisanın şəxsi həyatında da gözlənilməz dəyişiklik baş verib.
Məlumata görə, Tuba Ünsal 2024-cü ilin oktyabrından münasibətdə olduğu Emir Ulusoydan ayrılıb.
Sənətçinin Parisə köçdükdən sonra aralarında yaranacaq məsafə səbəbindən münasibətlərini davam etdirməyin çətin olacağını düşündüyü və ayrılmaq qərarına gəldiyi bildirilir.
Beləliklə, məşhur aktrisa həm İstanbuldan ayrılıb, həm də təxminən iki il davam edən münasibətini sonlandıraraq həyatında yeni səhifə açıb.

