"Torpaq, uğrunda ölən varsa, Vətəndir!". Azərbaycanın qəhrəman oğulları öz canlarını fəda edərək torpağı Vətənə çevirməyi bacarıblar. Belə qəhrəman oğullarımızdan biri də Zalov Vidadi Nizami oğludur. O Vidadi ki, İkinci Qarabağ Müharibəsində Laçın istiqamətində gedən hərbi əməliyyatlarda əsl qəhrəman kimi döyüşərək "Laçının azad olunmasına görə" medalı ilə təltif olunub. Ürəyi hər zaman vətənlə döyünən Vidadinin torpaq sevgisi onun peşəkar hərbçiyə çevrilməsi ilə nəticələnib. Belə ki, İqtisad universitetində “Maliyyə” ixtisası üzrə təhsil alsa da, vətənə olan sevgisindən Müdafiə Nazirliyinin "Müddətdən artıq həqiqi hərbi xidmət" kurslarına yazılıb və peşəkar zabit kimi bir sıra orden və medallara layiq görülüb. Gizir Vidadi Zalov 2023-cü ildə erməni təxribatı nəticəsində LAçın istiqamətində düşmən gülləsinə tuş gələrək ən uca zirvə olan şəhidlik zirvəsinə yüksəlib. Ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilib.
Qeyd edək ki, Saray qəsəbəsində yaşayan şəhidimizdən sonra onun valideynləri və ailəsi Abşeron rayon İcra Hakimiyyətinin rəhbərliyi tərəfindən hər zaman xüsusi diqqət və qayğı ilə əhatələnib. Şəhidimizin mövlud günü, yəni 17 iyul tarixində keçirilən anım tədbirində şəxsən Abşeron rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyevin iştirak etməsi bunun bariz sübutu sayıla bilər. Mövlud tədbirində Abşeron İcra Hakimiyyətinin rəhbərliyi, şəhidin ailə üzvləri, qazilər və müharibə veteranları, eləcə də ictimaiyyət nümayəndələri iştirak ediblər.
Öncə şəhid Vidadi Zalovun, eləcə də Abşeron Şəhidlər Xiyabanında uyuyan digər şəhidlərimizin məzarı ziyarət olunub, önünə gül dəstələri düzülüb.
Tədbirdə çıxış edən Abşeron rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev şəhidlərin baş tacımız olduğunu, onlara hər zaman xüsusi diqqət və qayğı göstərməyin vacibliyini diqqətə çatdırıb. Şəhidinin atası, Abşeron Ağsaqqallar Şurasının sədri Nizami Zalov dövlətin qayğısını hər zaman çiyinlərində hiss etdiklərini vurğulayıb və buna görə, şəhid ailələri adından ölkə başçısına təşəkkürünü bildirib.
Qeyd edək ki, mövlud tədbirindən sonra şəhidin adına ehsan süfrəsi açılıb.
Abşeronda Şəhid mövludu: TƏDBİRƏ İCRA BAŞÇISI DA QATILDI - FOTO/VİDEO

Xəbər xoşunuza gəlib? Sosial şəbəkələrdə paylaşın
Digər xəbərlər
Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr Oxu.az Xəbər Saytında
“Global Media Group”a daxil olan Oxu.Az xəbər saytı 2013-cü ilin iyul ayından fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir.
Oxu.Az 24 saat ərzində, Azərbaycan və rus dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır.
Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün Oxu.Az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.