17 
apr
2024
21:29
99

Zərdabda məktəbli uşaqlarlar yol hərəkəti qaydaları ilə bağlı maarifləndirilib-FOTOLAR

17 apr, 2024
21:29
99

Zərdabda məktəbli uşaqlarlar yol hərəkəti qaydaları ilə bağlı maarifləndirilib-FOTOLAR

Zərdabda RPŞ-nin DYPB-nin əməkdaşları yol hərəkəti qaydaları ilə bağlı məktəbli uşaqlarla maarifləndirici tədbir keçirib.

Den.az-ın yerli bürosu xəbər verir ki, Zərdab rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin eləcədə Zərdab rayon təhsil sektorunun birgə təşkilatçılığı ilə rayon ərazisində yol hərəkəti qaydaları haqqında məktəbli uşaqlar maarifləndirilib. 

Rayonun Gənclər Mərkəzində reallaşan tədbirdə rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin rəisi Seymur Əsədov və şöbənin digər əməkdaşları  şagirdlər və müəllimlər iştirak ediblər.Tədbirdə DYPB-nın əməkdaşları şagirdlərə yol hərəkəti qaydaların haqqında geniş məlumat verərək onlara bu qaydaların bilmələrinin vacibliyi vurğuladılar.Bildirildi ki, son vaxtlar ölkə ərazisində baş verən piyada vurulmaları və yol-nəqliyyat hadisələrinin sayının artmasının səbələri məhz yol hərəkəti qaydalarına düzgün əməl edilmədiyi üçün baş verir.Yol polisi bölməsinin baş inspektoru Rəvan Cəbrayılov tabloda quraşdırılmış manitorda yol hərəkəti qaydaları haqqında məlumatları şagirdlərin diqqətinə çatdırdı və bu qaydalarla bağlı şagirdlərə müəyyən suallar verdi.Sualları düzgün cavablandıran şagirdlər Zərdab rayon DYPB-nin əməkdaşları tərəfindən müxtəlif hədiyyələrlə mükafatlandılar. Bundan başqa şagirdlərin yol hərəkəti qanunu haqqında bilmədikləri suallar   cavablandırıldı. Təşkil olunan tədbir məktəblilərin xeyli marağına səbəb oldu.Sonda tədbir polis əməkdaşları ilə şagirdlər arasında diskusiya şəklində davam etdi.

Qeyd edək ki,bu kimi tədbirlərin Zərdab rayon polis şöbəsinin DYPB-nın əməkdaşarının təşkilatçılığı ilə gələcəkdə də mütəmadi olaraq keçrilməsi nəzərdə tutulur.

















Den.az

Bizimlə əlaqə saxlayın

Çox oxunanlar