17 
okt
2023
16:09
184

Qubada polis Təmiz hava aylığı ilə bağlı tədbir keçirib-FOTOLAR

17 okt, 2023
16:09
184

Qubada polis Təmiz hava aylığı ilə bağlı tədbir keçirib-FOTOLAR

Qubada polis  Təmiz hava aylığı ilə bağlı tədbir keçirib.


DİN-in Mətbuat Xidmətinin Quba regional qrupundan"Den.az"ın Şimal birosu verilən məlumata görə Quba  Rayon Polis Şöbəsinin Dövlət  Yol Polisi Bölməsinin əməkdaşları rayon ərazisində "Təmiz hava" aylığı ilə bağlı  tədbir keçiriblər. 

 Belə ki,  Texniki nasazlığı olan, atmosferi normadan artıq çirkləndirən, yəni, ixrac etdiyi zəhərli qazın miqdarı normadan artıq olan avtomobillərin sürücüləri barədə müvafiq tədbirlər görülüb.

Yol polisi əməkdaşları sürücülərin diqqətinə çatdırıb ki, nasaz nəqliyyat vasitələrini idarə etməsinlər. Çünki “Yol hərəkəti haqqında” qanuna görə, hər bir sürücü nəqliyyat vasitəsini saz vəziyyətdə və qaydalar çərçivəsində saxlamağa borcludur. Bu, sürücülərin qanunla nəzərdə tutulmuş vəzifələrindən biridir.


YPX əməkdaşları sürücülərlə bu istiqamətdə maarifləndirici söhbətlər aparıblar. Bildirilib ki, xüsusilə, sərnişindaşıma ilə məşğul olan sürücülər bu məsələdə daha diqqətli olmalıdır.





Nüşabə Baxşıyeva

Bizimlə əlaqə saxlayın

Çox oxunanlar