26 
iyn
2023
14:38
168

Azərbaycanda cütlük məzun günündə TOY ETDİ - VİDEO

26 iyn, 2023
14:38
168

Azərbaycanda cütlük məzun günündə TOY ETDİ - VİDEO

Bakı Humanitar Kollecinin tələbəsi məzun olduğu gün toy edib. 

Den.az bildirir ki, bu barədə məlumat BAKU.WS-in "qaynar xətti"nə daxil olub. 

Bildirilir ki, şənlik 2 gün öncə - iyunun 24-ü qeyd olunub.

Məlumata görə, məktəbəqədər təlim və tərbiyə ixtisasının məzunu olan xanım eyni gündə həm də toyunu qeyd edib. Cütlük bəy-gəlin libasında məzun tədbirində iştirak etdikdən sonra toy mərasiminə qayıdıb. 

Məzun günündə 2006-2016-cı illər ərzində Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin nəzdində Humanitar Kollecdə çalışmış Respublikanın Xalq artisti Gülyaz Məmmədova da iştirak edib və onlara mahnı həsr edib.

Sözügedən görüntüləri təqdim edirik.
[media=]

Bizimlə əlaqə saxlayın

Çox oxunanlar