Qida Təhlükəsizliyi Agentliyinin Mərkəzi Aran regional bölməsinin əməkdaşları tərəfindən fiziki şəxs Məmmədov Elşad Alim oğluna məxsus, Göyçay rayonu, Çayarxı kəndi ünvanında fəaliyyət göstərən un məmulatlarının istehsalı müəssisəsində 14.01.2025-ci il tarixində plandankənar yoxlama həyata keçirib.
Den.az-ın ARAN bürosu xəbər verir ki, yoxlama zamanı müəssisənin qida təhlükəsizliyi üzrə dövlət qeydiyyatından keçmədən qanunsuz olaraq fəaliyyət göstərdiyi, müəssisənin istehsal və yardımçı sahələrinin sanitar-texniki və sanitar-gigiyenik vəziyyətinin qeyri qənaətbəxş olduğu, müəssisədə un məmulatlarının istehsalı üçün sanitar-gigiyenik tələblərə cavab verən müvafiq şəraitin yaradılmadığı məlum olmuşdur.
Belə ki, müəssisədə un məmulatlarının istehsalı üçün istifadə olunan xammalların (un, duz, maya və s.) qəbulu və saxlanılması, xəmirin yoğrulması və emal prosesi sanitar-gigiyenik tələblərə əməl olunmadan eyni sahədə həyata keçirilir ki, bu proseslərin hər biri üçün ayrıca sahə nəzərdə tutulmalıdır. Müəssisənin emal və yardımçı sahələrinin döşəmə, divar və tavanının nəm, çirk və kifdən qaraldığı və uzun müddət sanitar təmizlik işlərinin görülmədiyi məlum olmuşdur. Müəssisədə əllərin yuyulması üçün müvafiq qaydada yerləşdirilmiş əl yuma çanaqları isti və soyuq su, yuyucu maddələr, həmçinin, gigiyena tələblərinə cavab verən qurutma vasitələri ilə təmin edilməmişdir.Müəssisədə istifadə olunan alət və avadanlıqların mütəmadi olaraq təmizlənmədiyi və bəzi avadanlıqların korroziyaya uğraması (paslanması) müşahidə edilmişdir. Müəssisədə dezinfeksiya, dezinseksiya və deratizasiya işlərinin aparılmadığı məlum olmuşdur.Bundan əlavə müəssisədə istehsal olunmuş un məmulatlarının keyfiyyət və təhlükəsizlik göstəricilərinin yoxlanılması məqsədilə istehsal olunan məhsulların heç vaxt laborator analizlərdən (müayinələrdən) keçirilmədiyi məlum olmuşdur.Həmçinin, istehsal edilmiş un məmulatlarının müvafiq qanunvericiliyə uyğun olaraq etiketlənmə ilə təmin edilmədən satışının həyata keçirildiyi məlum olmuşdur.
Aşkar olunmuş qanun pozuntularına əsasən müvafiq qanunvericiliyə uyğun olaraq müəssisənin rəhbərliyi inzibati məsuliyyətə cəlb edilmiş, laborator analizlərin (müayinələrin) aparılması üçün müəssiədə istehsal olunmuş un məmulatlarından nümunələr götürülmüş və aşkar olunmuş qanun pozuntuları aradan qaldırılana qədər müəssisənin fəaliyyətinin məhdudlaşdırılması ilə bağlı müvafiq qərar qəbul edilmiş və müəssisənin fəaliyyəti məhdudlaşdırılmışdır.
















