Bakıda daha bir restoranın fəaliyyəti dayandırılıb.
“Den.az” AQTA-ya istinadən xəbər verir ki, Xətai rayonu Zığ şosesində fəaliyyət göstərən, fiziki şəxs Əliyev Yaşar Vəli oğluna məxsus “Sarı Qaya” ictimai iaşə obyektində yoxlama keçirilib.
Baxış zamanı qida təhlükəsizliyi tələblərinin pozulması halları aşkarlanıb. Belə ki, iaşə obyektində qida məhsullarının saxlanıldığı soyuducularda mal qonşuluğu prinsipinin pozulduğu, məhsulların saxlanma şəraitinə əməl olunmadığı, isti yeməklərin növbəti günlərdə yenidən isidilərək müştərilərə təqdim olunduğu, emal sahəsində temperaturun monitorinqi və qeydiyyatının aparılmadığı, soyuducu rəflərinin korroziyaya uğradığı, işçilərin tibbi müayinədən keçmədiyi və gigiyenik təlimlərə cəlb olunmadığı, müvafiq təmizlik işlərinin görülmədiyi və digər nöqsanlar müəyyən olunub. Həmçinin baytarlıq sənədi olmayan ət, balıq məhsulları, mənşəyi məlum olmayan qatıq məhsulu, istehsal tarixləri olmayan yarımfabrikatlar və hazır yeməklər aşkarlanıb. Məhsullardan nümunələr götürülərək laborator müayinələrə cəlb olunub.
Faktla bağlı sahibkar barəsində inzibati protokol tərtib edilib, obyektin fəaliyyəti məhdudlaşdırılıb.
“Sarı Qaya” restoranının fəaliyyəti məhdudlaşdırıldı - Foto

Xəbər xoşunuza gəlib? Sosial şəbəkələrdə paylaşın
Digər xəbərlər
Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr Oxu.az Xəbər Saytında
“Global Media Group”a daxil olan Oxu.Az xəbər saytı 2013-cü ilin iyul ayından fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir.
Oxu.Az 24 saat ərzində, Azərbaycan və rus dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır.
Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün Oxu.Az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.