Sumqayıt şəhərini Abşeron rayonunun Saray qəsəbəsi ilə birləşdirən Məhəmməd Əsədov küçəsində dəmiryol xətti və Samur–Abşeron kanalı üzərində yerləşən mühüm əhəmiyyətə malik körpü bu gün vətəndaşların istifadəsinə verilib.
Keçidin istifadəyə verilməsi mərasimində Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyəti sədrinin müavinləri Əvəz Qocayev və Hüsnü Quliyev eləcədə agentliyin əməkdaşları iştirak ediblər.
Qeyd edək ki, bundan öncəki qəzalı körpü 2 hərəkət zolaqlı olub. Lakin gələcəkdə hərəkət intensivliyinə uyğun olaraq mövcud yolun genişləndirilməsi baş verərsə körpünün həmin infrastruktura uyğun olması şərtdir ki, bu da layihə zamanı öncədən nəzərə alınıb. Körpü 104 metr uzunluğunda və 21.6 metr enində inşa olunub. Həmçinin, körpünün sağ və sol hissələrində piyada səkiləri də tikilib. Körpü 4 dayaq üzərində inşa edilib və orta dayaqlarda 1.5 metr diametrli 6 sütun yerləşir.
Xüsusiylə vurğulayaq ki, körpü hərəkət intensivliyinin yüksək olduğu və strateji əhəmiyyət kəsb edən yolun daha effektiv istifadəsinə imkan verəcək.
Saray körpüsü bu şərtlə açılıb: ƏTRAFLI-VİDEO

Xəbər xoşunuza gəlib? Sosial şəbəkələrdə paylaşın
Digər xəbərlər
Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr Oxu.az Xəbər Saytında
“Global Media Group”a daxil olan Oxu.Az xəbər saytı 2013-cü ilin iyul ayından fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir.
Oxu.Az 24 saat ərzində, Azərbaycan və rus dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır.
Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün Oxu.Az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.