29 
noy
2023
00:30
276

Xaçmazda Qudyalçay üzərindəki yeni körpü nə vaxt istifadəyə veriləcək-ARAŞDIRMA

29 noy, 2023
00:30
276

Xaçmazda Qudyalçay üzərindəki yeni körpü nə vaxt istifadəyə veriləcək-ARAŞDIRMA - FOTO VİDEO

Xaçmazda Qudyalçay üzərində inşa olunan yeni körpünün tikintisinin sonuncu mərhələsinə başlanılıb.

"Den.az" xəbər verir ki, yeni avtomobil körpüsünün inşasının dekabrın sonuna kimi tamamlanması gözlənilir.


İş icraçısı Musayəddin Qurbanov bildirib ki, proses qrafik üzrə davam edir. Yeni körpü üçün çayın kənarlarında və məcrasında üç dayaq inşa edilib.  Körpüdə piyadalar üçün hərəkət zolağı nəzərdə tutulub.
Hazırda körpünün dayaqları üçün istinad divarlarının və mühafizə bəndlərinin tikintisi davam edir.  Bundan sonra tirlərin üzəri armaturla hörülərək betonlanacaq. Sonuncu mərhələdə körpü üzərindəki yol asfaltlanacaq. Dekabrın sonunadək körpünü istifadəyə vermək istəyirik”, - deyə Musayəddin Qurbanov söyləyib.
Tikintinin vaxtında başa çatdırılması üçün əraziyə cəlb olunan ağır texnika və canlı qüvvə gücləndirilmiş iş rejimində çalışır. Körpünün tikintisi bayram və bazar günlərində də davam etdirilir.
Körpü tikilənədək vətəndaşların rahat hərəkətini təmin etmək üçün ərazidə yeni alternativ yol çəkilib. Müvəqqəti yol köhnə körpüdən təxminən 50 metr məsafədə inşa olunub. Xaçmazdan Xudat, Nabran, Yalama istiqamətinə və əksinə hərəkət edən avtomobillər müvəqqəti bu yoldan istifadə edirlər.

Nüşabə Mikayılqızı
Xaçmaz

Bizimlə əlaqə saxlayın

Çox oxunanlar