Sumqayıtla Abşeronu birləşdirən Saray körpüsü sabah sürücülərin istifadəsinə veriləcək.
Bu barədə Den.az-a Sumqayıt şəhər İcra Hakimiyyətindən məlumat verilib.
Bildirilib ki, üç aşırımdan ibarət olan yeni körpünün uzunluğu 104 metr, ümumi eni isə 21,6 metr təşkil edir.
Körpüdə tikinti işləri tam yekunlaşıb. Dörd hərəkət zolaqlı olmaqla inşa edilən körpünün hər iki tərəfində piyadaların rahat hərəkəti üçün 2 metr enində səkilər də nəzərdə tutulub. Yol asvaltlanıb, xəttlər çəkilib.
Sabah saat 11:00-dan sürücülər Saray körpüsündən tam istifadə edə biləcək.
Nizami Rəsulov
Den.az
DİQQƏT: Saray körpüsü sabahdan istifadəyə verilir-FOTO

Xəbər xoşunuza gəlib? Sosial şəbəkələrdə paylaşın
Digər xəbərlər
Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr Oxu.az Xəbər Saytında
“Global Media Group”a daxil olan Oxu.Az xəbər saytı 2013-cü ilin iyul ayından fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir.
Oxu.Az 24 saat ərzində, Azərbaycan və rus dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır.
Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün Oxu.Az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.