Xaçmazda “Konstitusiya və Suverenlik ili” ilə çərçivəsində rayon İcra Hakimiyyətinin və Qərbi Azərbaycan İcmasının birgə təşkilatçılığı ilə “Qərbi Azərbaycan-Yurd yerimiz” mövzusunda elmi-praktiki konfrans keçirilib. Öncə Qərbi Azərbaycan həqiqətlərindən bəhs edən videoçarx nümayiş etdirilib. Konfransın Qərbi Azərbaycan həqiqətlərinin təbliğində mühüm əhəmiyyət kəsb etdiyini vurğulanıb. Qeyd edilib ki, Azərbaycan xalqının yaddaşında və milli şüurunda əzəli yurd yerimiz olan Qərbi Azərbaycan torpaqlarının xatirəsi hər zaman yaşayır. Tarixi-mədəni irsimiz olan Qərbi Azərbaycan torpaqları əzəli və əbədi dədə-baba yurdudur. Həmçinin vurğulanıb ki, 44 günlük Vətən müharibəsi nəticəsində düşmən tapdağından azad edilmiş Qarabağda məskunlaşma proseslərinin başlanmasından sonra qarşıda duran ən mühüm məsələlərdən biri Qərbi Azərbaycan torpaqlarına da qayıdışı təmin etməkdir. Tədbir çərçivəsində həmçinin Qərbi Azərbaycanın və Xaçmazın milli adət-ənənələrini əks etdirən sərgi və konsert proqramı keçirilib.
Qərbi Azərbaycan icmasının regionlarda icra hakimiyyətləri ilə bir yerdə Qərbi Azərbaycana qayıdış ideyası ilə bağlı keçirdiyi növbəti tədbirlərdən biridir. Tədbirdə məqsədimiz Qərbi Azərbaycana qayıdış ideyasını bölgələrdə təbliği, Qərbi Azərbaycana qayıdış konsepsiyasının yerli ictimaiyyətə çatdırılmasıdır. Bu günki tədbir də Qərbi Azərbaycana qayıdış istiqamətində atılan uğurlu addımlardan biri oldu.