Xaçmazda “Aqrar Biznes” və “Şaftalı” Festivalı keçirilib.
Denmedia.az xəbər verir ki, bölgədə becərilən müxtəlif şaftalı növləri, ö cümlədən digər kənd təsərrüfatı məhsulları sərgilənib. Festival kənd təsərrüfatı istehsalçılarını, ixtacatçıları və rayonunun qonaqlarını bir araya gətirib.
Yerli məhsulların təşviqinə həsr olunan məhsul festivalı çərçivəsində rayonda istehsal olunan şaftalı sortları, bu meyvədən hazırlanan şirələr, şirniyyatlar və içkilər haqqında ətraflı məlumat verilib.
Son illərdə Xaçmaz rayonunda salınan şaftalı bağlarının 1160 hektarını intensiv bağlar təşkil edir. Rayon üzrə orta məhsuldarlıq 60 sentner ətrafında dəyişir.
Festivalın rəsmi hissəsində çıxış edən İcra başçısı Elnur Rzayev rayonda Prezident İlham Əliyevin rəhbərliyi ilə Aqrar sahənin inkişafı istiqamətində həyata keçirilən tədbirlərin uğurla davam etdirildiyini bildirib. Xaçmazın 95-ci illik yubleyinə təsadüf edən festivalın əhəmiyyətini yüksək qiymətləndirib. Festivala konsert proqramı ilə yekunlaşıb.