Bulvar ərazisində yayılan kəskin qoxunun qarşısını almaq üçün əraziyə torpaq və daş daşınır.
Sumqayıt bulvarı ətrafında son günlər avtomobillər vasitəsilə torpaq və daşların daşınaraq sahilboyu əraziyə tökülməsi sakinlərin diqqətini çəkib. Dəniz səviyyəsinin təxminən 250 metr geri çəkilməsi nəticəsində sahildə geniş quru zolaq yaranıb. Hazırda həmin əraziyə torpaq və müxtəlif dolğu materialları tökülüb.
Bulvar ərazisində istirahət edən sakinlərin sözlərinə görə, torpaq qatı artıq bir müddətdir sahilə daşınır.
Məsələ ilə bağlı "Bulvar" MMC-nin şöbə müdiri Fazil Məmmədov açıqlamasında bildirib ki, məqsəd dəniz səviyyəsinin aşağı düşməsi ilə yaranan problemlərin qarşısını almaqdır.
O da qeyd edilib ki, dənizin səviyyəsi azaldıqca sahildə yosunlar və dəniz canlılarının qalıqları açıq ərazidə qalır. Bu həm ekoloji, həm də sanitar baxımdan narahatlıq yaradır. Torpaq və daş qatı isə bu problemi aradan qaldırmaq, həmçinin sahilboyu ərazinin abadlaşdırılması məqsədi daşıyır.
Mövzu ilə bağlı daha ətraflı XəzərTv-nin videomaterialını təqdim edirik.