Abşeron -Xızı Regional Təhsil İdarəsinin tabeliyində olan Sumqayıt xususi ümumitəhsil məktəbində “Bahar nəfəsli ana dilim” adlı tədbir keçirildi.
Tədbirdə Sumqayıt şəhər İcra Hakimiyyətinin məsləhətçi Mehriban Nəcəfova , AXRTİ Sumqayıt sektorunun müdiri İman Ağayev, Sumqayıt Reablitasiya mərkəzinin direktoru Pərvanə Hacıyeva, Respublika Qızıl Aypara Cəmiyyətinin Sumqayıt Regional Mərkəzin koordinatoru Mətanət Məhərrəmova, Musiqi Kollecinin direktoru Səbinə Mehdiyeva, Evdə fərdi təhsil mərkəzinin direktoru Vladim İbrahimov və məktəbin pedeqoji kollktivi, eləcədə şagirdləri iştirak etdilər.
Sumqayıt xususi ümumitəhsil məktəbinin direktoru Arzu Alızadə çıxış edərək hər kəsi Yel çərşənbəsi və Novruz bayramı münasibəti ilə hər kəsi ürəkdən təbrik etdi. Baharın ölkəmizə xoşbəxtlik, bolluq və firavanlıq gətirməsini arzuladı.
Vurğuladı ki, Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında qalib Azərbaycan Ordusu doğma torpaqlarımızı işğaldan azad edib və xalqımız həmin torpaqlarımızda Novruz bayramının böyük coşqu ilə qeyd edir.
Ardınca ”Torpaqdan pay olmaz” səhnəciyi xüsusi alqışla qarşılandı.
Tədbirin bədii hissəsində xüsusi qayğıya ehtiyacı olan uşaqların ifasında Ana dili haqqında şerlər söylədilər. Yaşa Azərbaycan rəqsi, şirindil mahnısı ”Novruz gəlir rəqsi”, Qırmızı papağın nağılı, Vəfalım rəqsi, Bayraq rəqsi elə nümayiş etdirildi ki, sözlə ifadə etmək mümkün deyildi. Qarabağ ,Lənkəran, Naxçıvan xanlığı səhnəciyı, süni entelektlə hazırlanmış Zəngəzur dəhlizi qonaqların ürəyincə oldu. İştirakçılar şagirdlərlə birlikdə şəkərbura bəzəyib, mahnılar ifa etdilər. Tədbir iştirakçıları xalqımızın əsrlər boyu qoruyub saxladığı milli-mənəvi dəyərləri özündə əks etdirən səhnələrə, qədim el-elat görüntülərinə, milli geyimlərimizin, mətbəximizin, xalq yaradıcılığının və sənətkarlığının ən gözəl nümunələrinə tamaşa etdilər.
Tədbirin Xüsusi məktəbdə xüsusi hazırlanmasından razı qaldıqlarını ifadə edən iştirakçılar bildirdilər ki, təhsil almaq, sağlamlığından asılı olmayaraq hamının hüququdur. Təhsilin insanın yetişməsində, dünyagörüşünün artmasında, cəmiyyətə yararlı fərd olmasında böyük rolu var. Azərbaycan Respublikasının Təhsil haqqında qanununda da qeyd olunub ki, cəmiyyətin bütün üzvlərinin - istər sağlam, istərsə də sağlamlıq imkanları məhdud insanların bərabər təhsil alma hüquqları var. Ölkədə təhsilin inkişafı istiqamətində həyata keçirilən tədbirlər sağlamlığı məhdud olan uşaqlardan da yan keçməyib. Xüsusi qayğıya ehtiyacı olan uşaqların təhsil sisteminə inteqrasiyasının artırılması yalnız təhsil siyasətinin deyil, həm də insan hüquqlarının qorunmasının göstəricisidir. Bu yanaşma, uşaqların həyat keyfiyyətini yüksəltməklə yanaşı, Azərbaycan cəmiyyətinin inkişafına mühüm töhfə verəcək.
Daha sonra məktəbin həyətində bayram tonqalı qalandı.
Bu uşaqlar üçün elə bir şey etdilər ki : İNANILMAZ GÖRÜNTÜLƏR-VİDEO

Xəbər xoşunuza gəlib? Sosial şəbəkələrdə paylaşın
Digər xəbərlər
Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr Oxu.az Xəbər Saytında
“Global Media Group”a daxil olan Oxu.Az xəbər saytı 2013-cü ilin iyul ayından fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir.
Oxu.Az 24 saat ərzində, Azərbaycan və rus dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır.
Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün Oxu.Az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.