Almaniyanın Koblenz şəhərində yerləşən hərbi texnika muzeyi 26 ölkənin vətəndaşları üçün girişə məhdudiyyət tətbiq edib.
Muzeyin rəsmi saytında bildirilib ki, Azərbaycan da daxil olmaqla bir sıra ölkələrin vətəndaşlarına kolleksiyaya giriş qadağan edilib. Bu qərar Almaniyanın SÜG qanununun 13-cü maddəsinin 17-ci bəndinə uyğun olaraq təhlükəsizlik tələbləri ilə əlaqələndirilir.
Qadağa tətbiq olunan ölkələr arasında Azərbaycan, Türkiyə regionu ölkələri, Rusiya, Belarus, Ukrayna, Çin, İran, Pakistan və digər dövlətlər yer alır.

Qeyd edək ki, muzeydə təqdim olunan hərbi texnika kolleksiyası 1961–1962-ci illərdə Bundesverin Meppen poliqonunda yaradılıb. 1982-ci ildən isə Koblenz şəhərində fəaliyyət göstərir və Almaniyanın Federal texniki təminat qurumu olan BAAINBw-ə tabedir.
Bu kolleksiya Avropanın ən böyük hərbi texnika ekspozisiyalarından biri hesab olunur və fəaliyyət göstərdiyi dövrdə 1 milyondan çox ziyarətçi qəbul edib.

