Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində fəaliyyət göstərən Sosial Xidmətlər Agentliyi 2020-ci ildən bu günədək 913 uşağın ailəsinə reinteqrasiyasını təmin edib.
Nazirliyin məlumatına görə, uşaqlar ailələrinə qaytarılmazdan əvvəl hər biri üçün fərdi inkişaf planı hazırlanır, ailələrin sosial vəziyyətinin yaxşılaşdırılması və uşağın sağlam mühitdə böyüməsi üçün zəruri dəstək göstərilir.
Uşaqlar ailələrinə qayıtdıqdan sonra isə mütəxəssislər tərəfindən mütəmadi monitorinqlər aparılır, onların yaşayış şəraiti və ailə mühiti qiymətləndirilir.
Qurum bildirib ki, sosial-psixoloji dəstək və profilaktik tədbirlər nəticəsində 2020-ci ildən bəri 1 019 uşağın sosial xidmət müəssisələrinə yerləşdirilməsinin qarşısı alınıb.

