Bu gün ilin ikinci Günəş tutulması başlayıb.
Bakı Dövlət Universitetinin Astrofizika kafedrasından bildirilib ki, bu, tam Günəş tutulmasıdır və 1 avqust 2008-ci ildə baş verən tutulmanı təkrarlayır. Növbəti belə tutulma 23 avqust 2044-cü ildə baş verəcək.
Məlumata görə, qismən tutulma saat 19:34-də başlayıb və 23:57-də başa çatacaq. Mərkəzi tutulma isə saat 20:57-də başlayacaq və 22:30-da yekunlaşacaq.
Tam tutulma zamanı Ay Yerə kifayət qədər yaxın olduğundan onun kölgə konusu Yer səthindən keçir və Ay Günəşi tamamilə örtür. Ayın kölgəsinin orta uzunluğu 373 320 kilometr, bu gün Yer ilə Ay arasındakı məsafə isə 359 445 kilometrdir. Bu halda Ayın görünən diametri Günəş diskinin görünən diametrindən 1,0386 dəfə böyükdür.
Tutulma Şimali Amerikanın şimalında, Afrikanın şimal-qərbində və Avropada müşahidə olunur. Tam tutulmanı yalnız Qrenlandiya, İslandiya, Portuqaliya, İspaniya və Rusiyanın Krasnoyarsk şəhərində görmək mümkün olacaq. Tam tutulma maksimum 2 dəqiqə 18 saniyə davam edəcək.

