Sabah ilin ilk tutulması — halqavari Günəş tutulması baş verəcək.
Şamaxı Astrofizika Rəsədxanasının məlumatına görə, tutulma 17 fevral saat 13:56-da başlayacaq və Bakı vaxtı ilə 18:27-də başa çatacaq.
Halqavari tutulma Ayın Yerə nisbətən bir qədər uzaq mövqedə olduğu zaman baş verir. Bu halda Ay Günəşi tam örtmür və Günəş diskinin ətrafında parlaq “alov halqası” effekti yaranır. Astronomiyada bu görüntü “od halqası” kimi tanınır.

