Azərbaycanın Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşlarının keçirdiyi nəzarət tədbirləri zamanı qanunvericiliyə uyğun qaydada bəyan edilməyən 17 mobil telefon, eləcə də çoxlu sayda ehtiyat hissəsi və aksesuar aşkarlanıb.
Dövlət Gömrük Komitəsinin məlumatına görə, İstanbul–Bakı aviareysi ilə gələn Azərbaycan vətəndaşının baqajına gömrük baxışı keçirilib.
Yoxlama zamanı müxtəlif modellərə aid 17 ədəd “iPhone” smartfonu, həmçinin müxtəlif markalı mobil telefonlar üçün 190 ekran və aksesuar müəyyən edilib.
Faktla bağlı araşdırma aparılır.

