Azərbaycanın Fövqəladə Hallar Nazirliyi (FHN) vətəndaşları küləkli hava şəraitində dənizə girməyin təhlükəli olması barədə xəbərdar edib.
Nazirlik Bakı və Abşeron yarımadasında müşahidə olunan güclü küləklə əlaqədar paytaxt sakinlərini və şəhərin qonaqlarını çimərliklərdə təhlükəsizlik qaydalarına riayət etməyə çağırıb.
FHN əlverişsiz hava şəraitində, xüsusilə güclü külək zamanı dənizə girməməyi tövsiyə edib.
Nazirlik vurğulayıb ki, təhlükəsizlik qaydalarına etinasız yanaşmaq insan həyatı üçün ciddi təhlükə yarada bilər.
FHN təhlükə ilə üzləşən şəxslərə dərhal 112 qaynar xəttinə zəng etməyi tövsiyə edib.

