Bakıda və Abşeron yarımadasında gün ərzində gözlənilən küləkli hava şəraiti ilə əlaqədar Fövqəladə Hallar Nazirliyi vətəndaşlara yenidən müraciət edib.
Nazirlik əhalini dənizdə çimməkdən çəkinməyə və təhlükəsizlik qaydalarına ciddi əməl etməyə çağırıb.
FHN bildirib ki, küləkli havada dənizə girmək həyat və sağlamlıq üçün ciddi təhlükə yaradır.
“Unutmayın: təhlükəsizlik qaydalarına laqeyd yanaşmaq həyat bahasına başa gələ bilər”, – deyə nazirliyin açıqlamasında vurğulanıb.
Fövqəladə vəziyyət yarandıqda vətəndaşlardan dərhal 112 nömrəsinə zəng etmələri xahiş olunur.

