Ekologiya və təbii sərvətlər nazirinin müşaviri İlham Nəsirov vəzifəsindən azad olunub.
Denmedia.az “ölkə.az”a istinadən xəbər verir ki, bununla bağlı nazir Rəşad İsmayılov müvafiq əmr imzalayıb.
Bildirilib ki, İlham Nəsirov öz ərizəsi əsasında vəzifəsindən azad edilib.
Qeyd edək ki, o, sözügedən vəzifəyə 2023-cü ilin noyabrında təyin olunmuşdu.
İlham Nəsirov bundan əvvəl enerji sektorunda müxtəlif vəzifələrdə çalışıb.

