Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu üzrə əmək pensiyalarının oktyabrın 14-dən gec olmayaraq ödənilməsi nəzərdə tutulub.
Denmedia.az-a bu barədə Dövlət Sosial Müdafiə Fondundan məlumat verilib.
Bildirilib ki, rayonlarda qeydiyyatda olan pensiyaçıların pensiyalarının oktyabrın 20-dən gec olmayaraq ödənilməsi planlaşdırılır.
Müavinətlərin və ünvanlı dövlət sosial yardımlarının isə oktyabrın 23-dən gec olmayaraq ödənilməsi nəzərdə tutulub.

