Qazax rayonunda iki nəfərin bıçaq xəsarəti alması ilə nəticələnən hadisə baş verib.
Denmedia.az xəbər verir ki, rayon sakinləri, 30 yaşlı N.Mustafayev və C.Kazımov bıçaq xəsarətləri ilə xəstəxanaya yerləşdiriliblər.
Hər iki şəxsə zəruri tibbi yardım göstərilib. Onların səhhətinin normal olduğu bildirilir.
Polis əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində hər iki şəxsə kəsici alətlə bədən boşluğuna nüfuz etməyən xəsarətlər yetirməkdə şübhəli bilinən 34 yaşlı Əfqan Musayev müəyyən edilərək saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.

