ABŞ-nin birinci xanımı Melaniya Tramp Rusiya və Ukrayna arasında Milad bayramınadək yeni atəşkəs razılaşmasının əldə olunacağına ümid etdiyini bildirib.
Denmedia.az xəbər verir ki, o, bu barədə Fox News telekanalının efirində danışıb.
Jurnalistlərin Milad bayramında hansı hədiyyəni almaq istədiyi ilə bağlı sualını cavablandıran Melaniya Tramp dünyada sülhün bərqərar olmasını arzuladığını bildirib.
“Əlbəttə, bütün dünyada sülh. Amma hər şeydən əvvəl atəşkəsə dair daha çox razılaşmanın əldə olunmasını istərdim”, – deyə o vurğulayıb.
ABŞ-nin birinci xanımı bu ilin payızında Ukraynanın Xerson vilayətinin Aleşki şəhərində həyata keçirilən humanitar əməliyyatı da xatırladıb.
Onun təşəbbüsü ilə oktyabrın sonunda Rusiya və Ukrayna arasında həmin ərazidə müvəqqəti atəşkəs razılaşması əldə olunub. Razılaşma mülki şəxslərin təxliyəsinə və humanitar yardımların çatdırılmasına şərait yaratmaq məqsədi daşıyıb.
Melaniya Tramp hazırda buna bənzər daha bir lokal atəşkəsin əldə olunması istiqamətində iş aparıldığını bildirib.
“Hazırda daha bir belə lokal atəşkəsə nail olmaq üçün çalışırıq. Ola bilsin ki, Milad bayramına qədər daha bir atəşkəs razılaşmamız olsun”, – deyə o qeyd edib.

