ABŞ Prezidenti Donald Tramp Çində keçirilən Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq Təşkilatının (APEC) sammiti zamanı çəkilmiş fotoları paylaşaraq Rusiya Prezidenti Vladimir Putini və Çin lideri Si Cinpini öz dostları adlandırıb.
Denmedia.az xəbər verir ki, Tramp noyabrın 22-nə keçən gecə “Truth Social” sosial şəbəkəsində səfərdən bir sıra fotolar yayımlayıb.
ABŞ Prezidenti Putinlə əl sıxdığı fotonun üzərinə “Mənim dostum”, Si Cinpinin onu təyyarənin pilləkənində gözlədiyi görüntünün üzərinə isə “Dostlar” sözünü yazıb.

Tramp, həmçinin Putin və Si Cinpinlə birlikdə çəkildiyi bir neçə foto da paylaşıb. Həmin şəkillərə isə heç bir şərh əlavə etməyib.
Xatırladaq ki, Tramp həftənin əvvəlində Çində Putinlə görüşə gələrkən Rusiya Prezidentini göstərərək “Mənim dostum” ifadəsini işlətmişdi.
ABŞ liderinin bu sözləri onun siyasi rəqiblərinin tənqidinə səbəb olub.

