İranın Qərbi Azərbaycan vilayətində 4,5 maqnitudalı zəlzələ qeydə alınıb.
Denmedia.az xəbər verir ki, bu barədə Türkiyənin Fövqəladə Hallar və Təbii Fəlakətlərin İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.
Bildirilib ki, noyabrın 22-də Bakı vaxtı ilə saat 01:25-də baş verən zəlzələnin episentri Xoy bölgəsində yerləşib.
Yeraltı təkanların ocağı 7,16 kilometr dərinlikdə qeydə alınıb.

