İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) Bəhreyn ərazisində yerləşən ABŞ-yə məxsus iki hərbi obyektə zərbələr endirdiyini bildirib.
Denmedia.az xəbər verir ki, bu barədə İranın “Fars” xəbər agentliyi məlumat yayıb.
Agentliyin məlumatına görə, hücumlar Bəhreyndəki Şeyx İsa və Əl-Cüfeyr hərbi bazalarını hədəf alıb.
“SEPAH Amerika tərəfinin hərəkətlərinə cavab olaraq Bəhreyndə yerləşən Şeyx İsa və Əl-Cüfeyr bazalarına hücum edib”, – deyə agentlik öz mənbələrinə istinadən bildirib.

