22 
sen
2023
12:39
228

Orta məktəbdə külli miqdarda mənimsəmə - Cinayət işi açıldı

22 sen, 2023
12:39
228

Orta məktəbdə külli miqdarda mənimsəmə - Cinayət işi açıldı

Cəlilabad rayon Soyuqbulaq kənd tam orta məktəbində yol verilən qanunsuzluqlar barədə daxil olmuş vətəndaş müraciəti araşdırılıb.

Cəlilabad rayon prokurorluğundan “Den.az”-a verilən mlumata görə, araşdırma zamanı həmin məktəbdə 8 oktyabr 2018-ci ildən 10 mart 2023-cü ilədək olan dövr ərzində külli miqdarda dövlət əmlakının qanunsuz olaraq ələ keçirilməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Cəlilabad rayon prokurorluğunda Cinayət Məcəlləsinin 179.3.2-ci (külli miqdarda mənimsəmə və israf etmə) maddəsilə cinayət işi başlanıb.

Hazırda iş üzrə ibtidai istintaq davam edir.

Bizimlə əlaqə saxlayın

Çox oxunanlar