Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyev Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimlinin noyabrın 27-də keçirilən məhkəmə prosesində videokonfrans vasitəsilə ifadə verib.
Denmedia.az xəbər verir ki, Ramiz Mehdiyev məhkəmədə ona məxsus pul vəsaitlərinin mənşəyindən danışıb.
“1957-ci ildən işləyirəm. O pulları öz zəhmətimlə yığmışam”, – deyə o bildirib.
Xatırladaq ki, Ramiz Mehdiyev hakimiyyəti zorla ələ keçirməyə yönələn hərəkətlər, dövlətə xəyanət, cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılması və xüsusilə külli miqdarda rüşvət almaqda təqsirli bilinib.
Məhkəmə ona 14 il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edib. Yaşı və səhhəti nəzərə alınaraq cəzası şərti hesab olunub.
Bundan başqa, məhkəmə üzərinə həbs qoyulmuş əmlakının müsadirə edilməsi barədə qərar çıxarıb.

