Azərbaycan şahmatçısı Xaqan Əhməd Venesuelanın paytaxtı Karakasda başa çatan 20 yaşadək şahmatçılar arasında dünya çempionatında gümüş medal qazanıb.
Denmedia.az xəbər verir ki, 15 yaşlı Azərbaycan təmsilçisi 11 turun yekununda 8,5 xal toplayaraq ikinci yeri tutub.
Şahmatçımız yarışın qalibi olan hindistanlı Etan Vazdan cəmi yarım xal geri qalıb.
Azərbaycanın digər təmsilçisi Lalə Hüseynova isə qızların yarışında 6,5 xalla 15-ci pillədə qərarlaşıb.
Qeyd edək ki, dünya çempionatının açıq kateqoriyasında 59, qızların yarışında isə 44 şahmatçı mübarizə aparıb.

