Fransanın sağçı “Yeni enerji” partiyasının lideri, Kann şəhərinin meri David Lisnar prezidentliyə əsas üç namizəd sırasına daxil olub.
Denmedia.az “Le Figaro” nəşrinə istinadən xəbər verir ki, bunu “OpinionWay” şirkətinin keçirdiyi sorğunun nəticələri göstərir.
Sorğuya əsasən, seçkilərin birinci turunda respondentlərin 33 faizi sağçı millətçi “Milli birlik” partiyasının namizədi Marin Le Peni, 16 faizi ultrasolçu “Boyun əyməyən Fransa” partiyasının namizədi Jan-Lük Melanşonu, 12 faizi isə David Lisnarı dəstəkləyir.
İki həftə əvvəl keçirilən sorğu ilə müqayisədə Lisnarın reytinqi 9 faizdən 12 faizə yüksəlib, sağ mərkəzçi namizəd Eduar Filippin dəstək göstəricisi isə 12 faizdən 8 faizə enib.
Sorğuda ikinci turda Lisnarla Le Pen arasında mümkün qarşıdurma üzrə dəstək göstəriciləri müvafiq olaraq 45 və 55 faiz təşkil edib.
Noyabrın 25-26-da keçirilən sorğuda 912 nəfər iştirak edib. Statistik xəta payı 1,7-3,8 faiz bəndi təşkil edib.

